Bakı-2019: Yığmalarımızın rəqibləri müəyyənləşdi
18 aprel 2019 14:11 (UTC +04:00)

Bakı-2019: Yığmalarımızın rəqibləri müəyyənləşdi

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının komanda idman növlərində qrupların tərkibi müəyyənləşib.
 
ONA-nın məlumatına görə, voleybol, həndbol və basketbolda mübarizə aparacaq həm oğlanlardan, həm qızlardan ibarət komandalar hərəsində dörd iştirakçı olmaqla iki qrupa bölünüblər.
 
Meydan sahibi kimi bütün yarışlarda təmsil olunmaq hüququna malik yığmamız yalnız basketbolçu qızların yarışında iştirak etməyəcək.
 
 
Voleybol, oğlanlar
 
A qrupu: Almaniya, Rusiya, Belarus, Azərbaycan
B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika
 
Voleybol, qızlar
 
A qrupu: Rusiya, Bolqarıstan, Rumıniya, Azərbaycan
B qrupu: İtaliya, Türkiyə, Belarus, Azərbaycan
 
Basketbol, oğlanlar
 
A qrupu: Xorvatiya, Fransa, Serbiya, Azərbaycan
B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva
 
Basketbol, qızlar
 
A qrupu: İtaliya, Fransa, Belçika, Rusiya
B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa
 
Həndbol, oğlanlar
 
A qrupu: Danimarka, Almaniya, Serbiya, Azərbaycan
B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya
 
Həndbol, qızlar
 
A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya
B qrupu: Macarıstan, İsveçrə, Çexiya, Azərbaycan
 
Qeyd edək ki, yarış iyulun 21-27-də olacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar