<span style="color:red;">Bakı-2015:  Sinişinlə Stadnik 1/2 finalda, Ratkeviçlə Muşka uduzdu - <span style="color:red;">YENİLƏNİR
15 iyun 2015 11:43 (UTC +04:00)

Bakı-2015: Sinişinlə Stadnik 1/2 finalda, Ratkeviçlə Muşka uduzdu - YENİLƏNİR

Bakı-2015 I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq.

 

Qadın güləşi

48 kq

Bu çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edir. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükavatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmslçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayacaq.

 

55 kq

Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarıımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayacaq.

 

60 kq

Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yuliya Ratkeviç 1/8 finaldan mübarizəyə başlayıb. Dünya və Avropa çempionu, həmçinin, Universiadanın qalibinin ilk rəqibi bolqarıstanlı Tsibe Yuseyn olub. Yığmamızın lideri məğlubiyyətə üzülüb. O, gözlənilmədən Yuseynə 4:14 hesabı ilə uduzub. Əgər bolqar güləşçi finala kimi irəliləyərsə, Yuliya təsəlliverici görüşlərə qatılacaq.

 

69 kq

1/8 finaldan mübarizəyə başlayan Azərbaycan güləşçisi Nadya Muşka rusiyalı Natalya Vorobyova ilə qarşılaşıb. Görüş 29 yaşlı güləşçimiz üçün uğursuz alınıb (0:7) və daha təcrübəli rəqib mərhələ adlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar