Azərbaycan klubunun Avropa liqasındakı potensial rəqibi müəyyənləşdi
Avropa Liqasında ilkin mərhələnin cavab oyunları keçirilib.
APA-nın məlumatına görə, baş tutan matçlardan sonra mərhələ adlayan 7 komandanın adına aydınlıq gəlib.
Azərbaycan kubokunun qalibi “Qəbələ”nin potensial rəqiblərinin matçında 3 qol vurulub. Andorra təmsilçisi “Enqordani” evdə olduğu kimi, səfərdə San-Marinonun “La Fiorita” komandasına qalib gəlib – 2:1. Bu cütdə qələbə qazanan andorralılar I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su (Tbilisi), həmin matçların qalibi isə növbəti raundda “Qəbələ” ilə görüşəcək.
Avropa Liqası
İlkin mərhələ
4 iyul
[b]“Kardiff MU” (Uels) – “Progres” (Lüksemburq) – 2:1[/b]
İlk oyun: 0:1
[b]“Enqordani” (Andorra) – “La Fiorita” (San-Marino) – 2:1[/b]
İlk oyun: 1:0
[b]“Europa” (Cəbəllütariq) – “Sent Culiya” (Andorra) – 4:0[/b]
İlk oyun: 2:3
[b]NSİ (Farer adaları) – “Ballumena” (Şimali İrlandiya) - 0:0[/b]
İlk oyun: 0:2
[b]“Sent Josefs” (Cəbəllütariq) – “Priştina” (Kosovo) – 2:0[/b]
İlk oyun: 1:1
[b]“Tre Fiori” (San-Marino) – “Klaksvik” (Farer adaları) – 0:4[/b]
İlk oyun: 1:5
[b]“Kliftonvill” (Şimali İrlandiya) – “Barri Taun” (Uels) – 4:0[/b]
İlk oyun: 0:0
Oyunların nəticəsinə əsasən I təsnifat mərhələsində aşağıdakı cütlər də müəyyənləşib:
[b]“Malmö” (İsveç) - “Ballumena” (Şimali İrlandiya)
“Europa” (Cəbəllütariq) - "Legiya"(Polşa)
“Kork Siti” (İrlandiya) - “Progres” (Lüksemburq)
“Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)
"Dinamo" (Gürcüstan) - “Enqordani” (Andorra)
"Riterlai" (Litva) - “Klaksvik” (Farer adaları)
“Kliftonvill” (Şimali İrlandiya) - “Hoqesun” (Norveç)
[/b]
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də baş tutacaq.
627