Azərbaycandan olan məcburi köçkün uşaqları İtaliyaya yollanıb. Lent.az-ın məlumatına görə, sentyabrın 10-dək davam edəcək səfər İtaliya – Azərbaycan Assosiasiyasının “Həmrəylik Düşərgəsi” layihəsi çərçivəsində baş tutub.
Məqsəd Dağlıq Qarabağ münaqişəsi barədə İtaliya ictimaiyyətini məlumatlandırmaq, iki ölkə arasında mədəni əlaqələr qurmaqdan ibarətdir. 12 – 15 yaşlı uşaqları əhatə edən layihə çərçivəsində azərbaycanlı uşaqlar Romaya və şəhərlərimizlə qardaşlaşan Neapol, Valmontone, Çerveteri və San-Marinoya ekskursiya ediblər, eləcə də Roma Papasının dinləmələrinə qatılıblar.
Bu gün isə Lonqarinadakı Totti Futbol Məktəbində futbol matçı keçiriləcək. İtaliyanın məşhur futbolçusu Françesko Tottinin adını daşıyan məktəbdə azərbaycanlı qaçqınlar öz həmyaşıdları ilə görüşəcəklər.