Türkiyəli müğənni Ebru Gündeşin əri, azərbaycanlı iş adamı Rza Zarrab “Trabzonspor”un sponsoru olub. Lent.az-ın məlumatına görə, bununla bağlı Zərraba məxsus “Royal Denizcilik Endüstriyel Makine A.Ş.” ilə klub arasında müqavilə bağlanılıb.
Anlaşma hələlik 2013-2014-cü il mövsümünü əhatə edəcək. Lakin müqavilənin uzadılması da nəzərdə tutulub. İlkin mərhələdə Zərrab “Trabzonspor”a 3 milyon lirə (təqribən 1,2 milyon manat) ödəniş edəcək. Komanda Türkiyə çempionatında və Avropa Liqasında uğurla çıxış etsə, bu rəqəm daha da artacaq. Anlaşmaya əsasən, “Trabzonspor”un bazasını və stadionunu “Royal Denizçilik” şirkətinə aid afişa və reklam lövhələri bəzəyəcək.
Qeyd edək ki, hazırda "Trabzonspor" Superliqada 13 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb. Avropa Liqasında isə bu klub qrup mərhələsində uğurla çıxış edərək, vaxtından əvvəl 1/16 finala vəsiqə qazanıb.