Azərbaycanlı futbol hakimi Avropa Oyunlarına təyinat aldı
03 iyun 2019 10:14 (UTC +04:00)

Azərbaycanlı futbol hakimi Avropa Oyunlarına təyinat aldı

Azərbaycanlı hakim İnqilab Məmmədov növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
 
ONA-nın məlumatına görə, çimərlik futbolu üzrə FİFA referisi II Avropa Oyunlarında iştirak edəcək.
 
İ.Məmmədov Belarusun paytaxtı Minskdə keçiriləcək yarışın oyunlarında ədaləti qoruyacaq. Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.
 
Qeyd edək ki, çimərlik futbolunda 8 komanda iki qrupda mübarizə aparacaq. A qrupunda Belarus, Portuqaliya, İsveçrə, Rumıniya, B qrupunda İtaliya, İspaniya, Rusiya və Ukrayna qüvvəsini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar