Azərbaycandan rəsmən üzr istədilər - MƏTN
24 sentyabr 2013 18:16 (UTC +04:00)

Azərbaycandan rəsmən üzr istədilər - MƏTN

Ümumdünya Qarışıq Döyüş Sənətləri Assosiasiyası (WMMAA) rəsmi saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının üzv ölkələr sırasında yerləşdirilməsi ilə əlaqədar Azərbaycandan rəsmən üzr istəyib. Lent.az-ın məlumatına görə, bununla bağlı WMMAA-nın icraçı direktoru Vladimir Xlopan Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədova məktub göndərib.

 

Məktubda bildirilir: “Nəzərinizə çatdırırıq ki, mövcud olmayan inzibati-ərazi vahidinin bayrağını WMMAA-nın rəsmi saytında yerləşdirməklə saytımızın redaktoru səhvə yol verib. Bununla əlaqədar xidməti araşdırma aparılıb və günahkar cəzalandırılıb. Xoşagəlməz insidentlə əlaqədar üzrxahlığımızı qəbul etməyinizi xahiş edirik. Ümidvarıq ki, bu insident gələcək əməkdaşlığımıza təsir göstərməyəcək”.

 

Daha sonra WMMAA Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi saydığını, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bəyan edib və ölkəmizə gələcəkdə də inkişaf və çiçəklənmə arzulayıb.     

 

Qeyd edək ki, artıq WMMAA-nın rəsmi saytı quruma üzv ölkələr siyahısından qondarma “Dağlıq Qarabağ Respublikası”nı çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814
avatar

Oxşar yazılar