Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda klublarla bağlı qərarlar qəbul olunub.
Peşəkar Futbol Liqasının müraciətinə baxan İK “Rəvan”ın 2015/16-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakını müsbət dəyərləndirib. Bununla, paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.
İclasda üç klubun - “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.
Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edib.