Azərbaycanda taekvondo üzrə "Koreya səfiri kuboku" keçiriləcək
Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək.
APA-nın məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində 13-14 sentyabr tarixlərində keçiriləcək yarışda 2002-2004 təvəllüdlü gənc taekvondoçular dayanq üzərinə çıxacaqlar.
Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycanla Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığın artırılması məqsədi daşıyır.
“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar federasiya və səfirliyinin təsis etdiyi kubok, diplom və medallarla mükafatlandırılacaqlar.
623