Azərbaycan çempionatında daha bir “lipa” futbolçu aşkarlanıb. Lent.az-ın məlumatına görə, U-15 Liqasında iştirak edən “Vətən” klubunun heyətində çıxış edən Səlimxan Zamanovun sənədlərinin saxta olması üzə çıxıb.
Bu səbəbdən, AFFA İntizam Komitəsi futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verib.