Azərbaycan yığmasında daha bir dəyişiklik
13 noyabr 2013 16:02 (UTC +04:00)

Azərbaycan yığmasında daha bir dəyişiklik

Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts “İnter”in yarımmüdafiəçisi Ruslan Əmircanova dəvət göndərib.

 

Əmircanov zədəli olduğu üçün heyətdən çıxarılan “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqovu əvəzləyib. Daha öncə yığmamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla “Bakı”nın hücumçusu Əfran İsmayılov da eyni səbəbdən millimizdən kənarda qalıb. Əvəzində “Sumqayıt”ın oyunçuları – müdafiəçi Vurğun Hüseynov və hücumçu Pərdis Fərcad-Azad komandamıza çağırılıb.

 

Qeyd edək ki, yığmamız noyabrın 15-də Tallində Estoniya, noyabrın 19-da isə Bişkekdə Qırğızıstanla yoldaşlıq görüşü keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar