Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Yılmaz Vural olacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis sentyabrın 22-də danışıqlar aparmaq üçün ölkəmizə gələcək.
Onun ölkəmizdən aldığı təklifə müsbət yanaşdığı və təklifi qəbul edəcəyi gözlənilir. 60 yaşlı baş məşqçinin sentyabrın 23-dən yeni vəzifəsinin icrasına başlayacağı iddia edilir.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Lent.az-a açıqlamasında bildirib ki, hazırkı baş məşqçi Berti Foqtsla ilin sonunadək müqavilələri var. Anlaşma müddəti başa çatdıqdan sonra AFFA İcraiyyə Komitəsi yeni baş məşqçini müəyyənləşdirəcək.
Qeyd edək ki, Yılmaz Vural 27 illik baş məşqçi karyerası ərzində 23 komandaya rəhbərlik edib.