Azərbaycan yığması İtaliya Qran-prisinə 3 taekvondoçu ilə qatılacaq
Sabah İtaliyanın paytaxtı Romada taekvondo üzrə Qran-pri turniri start götürəcək.
APA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
G4 dərəcəli turnirdə ölkəmizin idman şərəfini baş məşqçilər Reza Mehmandost və Elnur Amanovun rəhbərliyi altında Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.
Turnirin qalibi reytinq xallarını 40 xal artırmış olacaq.
İtaliyada startı veriləcək Qran-pri turniri davamlı olaraq, Yaponiya, Bolqarıstan və Rusiyada da təşkil ediləcək.
512