
Azərbaycan yığması Avropa birinciliyinə 11 boksçu ilə qatılacaq
Mayın 24-də Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.
ONA-nın məlumatına görə, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Komandamızın baş məşqçisi Vaqif Kazımov qitə birinciliyində 11 boksçuya şans verəcək. Təmsilçilərimizdən Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.
Artıq Rumıniyaya yollanan komandamız iyunun 2-də Vətənə qayıdacaq.
Qeyd edək ki, Avropa birinciliyində mayın 24-28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.
Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06