AVRO-2020-nin seçmə mərhələsinin Uels - Azərbaycan oyununun favoriti açıqlanıb.
APA-nın məlumatına görə, bu gün E qrupunda V tur çərçivəsində keçiriləcək görüşdə meydan sahibləri şanslı hesab olunur.
Uelsin Kardiffdəki qələbəsini 1,29 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 13,50 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 5,80-dır.
Qeyd edək ki, Kardiff şəhər stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.