Azərbaycan milli komandasının noyabrın 19-da Qırğızıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun stadionu və başlama saatı açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Bişkek şəhərindəki “Dolen Omurzakov" adına stadionda təşkil olunacaq.
Yoldaşlıq görüşü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 14:00) başlanacaq. Bu, millimizin 2013-cü ildə son oyunu olacaq.