Azərbaycan Kubokunun püşkü atıldı CÜTLƏR TƏQVİM
08 oktyabr 2013 17:04 (UTC +04:00)

Azərbaycan Kubokunun püşkü atıldı CÜTLƏR TƏQVİM

Futbol üzrə Azərbaycan Kubokunda 2013/2014-cü il mövsümünün püşkü atılıb. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu dəfə 20 komandanın mübarizə aparacağını bildirib.

 

Bunlardan 10-u Topaz Premyer Liqasını, qalanları isə I Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir” və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar.

 

Musayev püşkatmanın keçirilməsindəki yenilikdən də danışıb: “Yeni qaydaya əsasən, komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilib. 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq”.

 

Püşk nəticəsində aşağıdakı cütlərin qarşılaşacağı məlum olub:

 

1/16 final, 22 - 24 oktyabr

 

“Şuşa” – “Şahdağ”
MOİK – “Qaradağ Lökbatan”
“Mil-Muğan” – “Lokomotiv”
“Araz Naxçıvan” – “Ağsu”

 

1/8 final, 4 dekabr

 

“İnter” / “Şuşa” – “Şahdağ”
“Neftçi” – “Kəpəz”
MOİK – “Qaradağ Lökbatan”/ “Rəvan”
“Bakı” – “Sumqayıt”

“Mil-Muğan” – “Lokomotiv” / “Qəbələ”
“Qarabağ” – AZAL

“Araz Naxçıvan” – “Ağsu” / “Simurq”
“Xəzər Lənkəran” – “Neftçala”

 

1/16 və 1/8 final mərhələlərində qaliblər tək oyunla müəyyənləşəcək. 1/4 finaldan etibarən isə iki oyunun nəticəsinə görə qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318
avatar

Oxşar yazılar