Azərbaycan idmançılarından olimpiadaya növbəti lisenziya!
22 mart 2013 20:56 (UTC +04:00)

Azərbaycan idmançılarından olimpiadaya növbəti lisenziya!

 

Azərbaycanın daha 2 idmançısı 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu barədə Lent.az-a Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) vitse-prezidenti Fuad Quliyev məlumat verib.

 

Quliyev bildirib ki, Kanadanın London şəhərində keçirilmiş fiqurlu konkisürmə üzrə dünya çempionatında Yuliya Zlobina – Aleksey Sitnikov dueti idman rəqsləri növündə lisenziya normasını doldurublar. Duetimiz qısa rəqsdə bu duet 57.80 balla 17-ci, sərbəst rəqsdə isə 83,64 balla 14-cü yeri tutub. İki hərəkətin cəmində isə onlar 141.44 balla 29 cütlük arasında 16-cı yeri tutublar.

 

Qeyd edək ki, daha öncə Patrik Braxner xizəksürmənin slalom növündə Azərbaycana ilk lisenziyanı qazandırıb. 

# 818
avatar

Oxşar yazılar