Azərbaycan idmançıları “Qran-Pri”yə 1 qızıl, 1 gümüş medalla başladı
06 dekabr 2013 18:09 (UTC +04:00)

Azərbaycan idmançıları “Qran-Pri”yə 1 qızıl, 1 gümüş medalla başladı

Bakıda ağırlıqqaldırma üzrə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Qran-Prisi start götürüb. Lent.az-ın məlumatına görə, Ağır Atletika Akademiyasında keçirilən yarışın ilk günündə Azərbaycan yığmasının 2 üzvü fəxri kürsüyə yüksəlib.

53 kq çəki dərəcəsində çıxış edən Kristina Yovu birdən 95 kq, təkanla isə 113 kq ağırlığın öhdəsindən gələrək, iki hərəkətin cəmində 208 kq nəticə ilə qızıl medala sahib olub. O, həm də ayrı-ayrılıqda hər iki hərəkətdə kiçik qızıl medala yiyələnib.

Daha bir ağırlıqqaldıranımız Yuliya Derkaç isə birdən 85 kq, təkanla 107 kq nəticə ilə iki hərəkətin cəmində 192 kq göstərici ilə gümüş medal əldə edib. O, həm də təkanla qaldırmada kiçik gümüş medal qazanıb.

Bürünc medala isə birdən 88 kq, təkanla 102 kq ağırlığın öhdəsindən gələn və iki hərəkətin cəmində 190 kq nəticə göstərən ukraynalı Yuliya Paratova sahib çıxıb. O, həm də hər iki hərəkətdə kiçik bürünc medal əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787
avatar

Oxşar yazılar