Futbol üzrə Azərbaycan I divizionunun oyunu zamanı meydana pişik girib. Lent.az-ın məlumatına görə, qəribə olan Qusarda “Şahdağ” və Mingəçevirin “Energetik” komandaları arasında keçirilmiş qarşılaşmada baş verib.
Pişik meydanda təbii ehtiyacını ödədikdən sonra nəcisini basdırıb. Bu zaman nə oyun dayandırılıb, nə də kimsə pişiyi uzaqlaşdırmaq fikrinə düşüb. Heç ona fikir verən də olmayıb. Pişik I divizionun oyununa “münasibət”ini bildirdikdən sonra qapı xəttində qapıçının olduğu yerə, oradan da çölə üz tutub. Görüş “Şahdağ”ın qələbəsi ilə başa çatıb – 5:0. Matçı Mahir Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Qeyd edək ki, Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qarabağ” matçında da analoji hal yaşanıb. Həmin görüşdə meydana it girib.