Azərbaycan atleti Avropa çempionatında 3-cü oldu
Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
ONA-nın məlumatına görə, yarışda bu gün Azərbaycan millisinin daha bir üzvü körpücük üzərinə çıxıb.
Kənan Əliquliyev 81 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb. Atletimiz toplam 306 kq nəticə ilə (135+171) öz qrupunda 3-cü yeri tutub. Onun yekun sıralamada tutduğu yer B və A qruplarında mübarizə bitəndən sonra məlum olacaq.
625