Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir
08 fevral 2016 12:30 (UTC +04:00)

Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir

0

 

 

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar