Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarıldı
03 avqust 2015 20:18 (UTC +04:00)

Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarıldı

0

“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür. Oyuna biletlərin onlayn satışına da start verilib.

 

Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar