Azərbaycan – Xorvatiya oyununun favoriti kimdir?
09 sentyabr 2019 15:04 (UTC +04:00)

Azərbaycan – Xorvatiya oyununun favoriti kimdir?

AVRO-2020-nin seçmə mərhələsinin VI turu çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun favoriti açıqlanıb. 

APA-nın məlumatına görə, E qrupunun bu gün baş tutacaq görüşündə qonaqlar daha şanslı hesab olunur. 

Bakıdakı “Bakcell Arena” stadionundakı matçda Xorvatiyanın qələbəsini 1,25 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 16,00 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 6,20-dir. 

Qeyd edək ki, Azərbaycan – Xorvatiya qarşılaşması saat 20:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar