Azərbaycan - Şimali İrlandiya matçının da hakimləri açıqlandı
02 oktyabr 2013 18:18 (UTC +04:00)

Azərbaycan - Şimali İrlandiya matçının da hakimləri açıqlandı

Azərbaycan və Şimali İrlandiya yığmaları arasında keçiriləcək futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup matçının hakimləri açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 11-də baş tutacaq qarşılaşmaya italiyalı hakimlər briqadası təyinat alıb.

 

Baş hakim Andrea De Markoya Rikardo Di Fiore və Alessandro Ciallatini yan xətt, Mauro Berqontsi isə ehtiyat hakim qismində yardımçı olacaq. “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.

 

Qeyd edək ki, oktyabrın 15-də eyni arenada keçiriləcək Azərbaycan – Rusiya matçını Milorad Majiçin rəhbərliyi altında serbiyalı hakimlər briqadası idarə edəcək. Oyun saat 22:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646
avatar

Oxşar yazılar