AFFA İntizam Komitəsi “Qəbələ” klubunu cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna “Qarabağ”la Topaz Premyer Liqasının IV tur matçında yerli fanatların meydana kənar əşya atmaları səbəb olub.
“Qəbələ”yə 2000 manat cərimə kəsilib. “Qarabağ” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. Bu qədər pulu “Simurq” “Bakı” ilə, “Rəvan” “İnter”lə görüşdə eyni sayda futbolçusunun cəzalanması üzündən ödəməli olacaq.
“Sumqayıt” isə AZAL-la görüşün 54-cü dəqiqəsində Kərim Diniyevin idmançıya yaraşmayan hərəkətinə görə ikinci sarı vərəqə, 73-cü dəqiqədə Məhəmməd Mirzəbəyovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alması nəticəsində üst-üstə 400 manat ziyana düşüb. Futbolçuların özləri isə növbəti oyunda iştirak etməyəcəklər.