Azad Rəhimov “cırtdan ölkə”yə yollandı
06 noyabr 2013 12:54 (UTC +04:00)

Azad Rəhimov “cırtdan ölkə”yə yollandı

Gənclər və idman naziri Azad Rəhimov Monako knyazlığına rəsmi səfərə yollanıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd noyabrın 6-da Monako knyazlığında Şahzadə II Albertin yüksək himayəsi ilə işə başlayan VII “Sülh və idman” Beynəlxalq Forumunda iştirakdır.

 

Tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri, elm sahəsinin nümayəndələri bir araya gələcəklər. Onlar beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar. Tədbirdə eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları haqda da iştirakçılara məlumat veriləcək.

 

Qeyd edək ki, Beynəlxalq Foruma noyabrın 8-də yekun vurulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310
avatar

Oxşar yazılar