Avstriyanın 2 idmançısı Soçidə hədələndi
04 fevral 2014 17:29 (UTC +04:00)

Avstriyanın 2 idmançısı Soçidə hədələndi

Avstriyanın Milli Olimpiya Komitəsi (MOK) 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında 2 qadın idmançısının oğurlanacağı ilə hədələnib. Lent.az-ın məlumatına görə, bu barədə MOK-un baş katibi Piter Mennel açıqlama verib.

 

O bildirib ki, komitəyə daxil olan məktubda naməlum şəxslər dağ xizəkçisi Marlis Şildlə skeletonçu Janin Floku oğurlayacaqlarını yazıblar. Mennel idmançıların da bu barədə xəbərdar edildiyini, amma Şildlə Flokun buna sakit yanaşdıqlarını bildirib. Məktubun özü isə polisə çatdırılıb.

 

APA.at” nəşri yazır ki, Soçidə olimpiya kəndinin hüdudlarından kənarda avstriyalı idmançıları “Kobra” xüsusi təyinatlı birləşməsinin 2 əməkdaşı müşayiət edəcək. 32 yaşlı Şild 2006-cı il Turin Qış Olimpiadasında 2 “gümüş”, 2010-cu il Vankuver olimpiadasında 1 “bürünc”, dünya çempionatlarında isə 7 medal, o cümlədən, “2 qızıl” qazanıb. 24 yaşlı Flok isə 3 dəfə Avstriya çempionu olub.

 

Qeyd edək ki, əvvəllər Almaniya, İtaliya, Sloveniya və Macarıstan MOK-ları da hədə məktubu alıblar. Olimpiadanın təşkilat komitəsi bu hədələri əsassız sayıb. Rusiya prezidenti Vladimir Putin isə idmançılar və qonaqların öz təhlükəsizlikləri barədə narahat olmalarına gərək olmadığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar