Avropanın ən qoca baş məşqçisi istefa verdi
11 sentyabr 2013 19:13 (UTC +04:00)

Avropanın ən qoca baş məşqçisi istefa verdi

Futbol üzrə İrlandiya milli komandasının baş məşqçisi Covanni Trapattoni istefaya göndərilib. Lent.az-ın məlumatına görə, səbəb ölkə yığmasının 2014-cü il dünya çempionatının final mərhələsinə vəsiqə şanslarını itirməsi olub.

 

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. Trapattoni “Il Corriere dello Sport”a açıqlamasında bildirib ki, hazırda 74 yaşında olmasına baxmayaraq, baş məşqçi karyerasına son qoymağı düşünmür: “Mənə artıq bir neçə təklif gəlib və onları ən yaxın vaxtlarda nəzərdən keçirəcəyəm”.

 

Ötən gün keçirilmiş seçmə qrup matçında İrlandiya Avstriyaya 0:1 hesabı ilə uduzaraq, qrupda 4-cü pilləyə enib və 2-ci pillədəki İsveçin 6 xal gerisinə düşüb.

 

Qeyd edək ki, Covanni Trapattoni İrlandiya yığmasına 2008-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “yaşıllar” 2012-ci il Avropa çempionatının final mərhələsində iştirak ediblər. Həmin yarışda Trapattoni Avropa çempionatları tarixində ən yaşlı baş məşqçi ünvanına sahib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar