Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri bu axşam Bakıya gələcəklər. Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər 2015–ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar təşkil olunub.
Ölkəmizə CEV prezidenti Andre Mayer, I vitse-prezident Yan Xronek və vitse-prezidentlər Aleksandr Boriçiçlə Renato Arena təşrif buyuracaqlar. Onlar Avropa Oyunları zamanı voleybol yarışlarının keçiriləcəyi “Crystal Hall”a və çimərlik voleybolu üçün nəzərdə tutulan meydançaya baxacaqlar.
Daha sonra rəsmilər AVF prezidenti Ziya Məmmədovla, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər.