Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu
24 fevral 2016 23:49 (UTC +04:00)

Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu

0

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. İlk 1/8 finalçı “Braqa” - “Syon” cütlüyünün mübarizəsindən sonra bəlli olub. İsveçrədəki matçda 2:1 hesabı ilə qalib gələn "Braqa" öz meydanında dramatik ssenaridə keçən oyunda bərabərliyə nail olaraq növbəti mərhələyə yüksəlib.

 

İsveçrəlilər qarşılaşmada iki dəfə önə keçsə də üstünlüklərini qoruya bilməyiblər.

 

 

Avropa Liqası

1/16 final, cavab görüşü

 

24 fevral

 

“Braqa” (Portuqaliya) - “Syon” (İsveçrə) - 2:2

Qollar: Josue, 27 (pen.), Stoyilkoviç, 48 - Gekas, 16, 29

 İlk oyun: 2:1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar