Avropa Liqası I təsnifat mərhələsi: “Qarabağ” - hər 2 oyunda qələbə qazandı
12 iyul 2013 01:00 (UTC +04:00)

Avropa Liqası I təsnifat mərhələsi: “Qarabağ” - hər 2 oyunda qələbə qazandı

İyulun11-də  Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “Qarabağ” doğma publika önündə Makedoniya “Metallurq”u ilə münasibətlərinə aydınlıq gətirib. 


İlk görüşdə səfərdə Skopye klubunu minimal hesabla üstələyən baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub etdiyi rəqibinə yenə eyni aqibəti yaşadıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qarşılaşma 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi 84-cü dəqiqədə Leroy Corc olub.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Pyast”ı ilə qarşılaşacaq.


"Qarabağ" (AZƏRBAYCAN) - "Metalurq" (Makedoniya) - 1:0
QOL: Leroy Corc, 84
Hakimlər: Radek Matejek, Jiri Molacek, İvo Nadvornik, Petr Ardeleanu (hamısı Çexiya)
UEFA nümayəndəsi: George Fantaros (Kipr)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
(İlk oyun – 1:0)

“Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqoli, 7. Namiq Yusifov, 9. Reynaldo, 20. Riçard Almeyda, 11. Nikoloz Qelaşvili, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 88. Ulriç Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov

“Metallurq”: 1. Andrey Yefremov, 7. Blaqoya Lyamçevski, 15. Risto Mitrevski, 23. Martin Šişkov, 28. Sedat Berişa, 2. Aleksandara Dalçeski, 8. Oliver Peev, 11. Vasko Mitrev, 20. Mile Krstev (k), 10. Marko Simanovski, 14. Mariyan Radeski 
Ehtiyat oyunçular: 25. Aleksandar İqeski, 3. Boyan Georgiyevski, 19. Ninoslav Dodevski, 27. Lyubomir Stefanoviç, 17. Qoran Maznov, Svetan Çurlinov
Baş məşqçi: Srcan Zahariyevski

# 907
avatar

Oxşar yazılar