Avropa Liqası I təsnifat mərhələsi : “İnter” növbəti mərhələyə keçdi 
12 iyul 2013 00:56 (UTC +04:00)

Avropa Liqası I təsnifat mərhələsi : “İnter” növbəti mərhələyə keçdi 

İyulun 11-də  Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son oyun günündə təmsilçimiz “İnter” revanş görüşü keçirib. 


Belə ki, “bankirlər” ilk matçda doğma meydanda qalib gələ bilmədikləri “Mariehamn”la (1:1) qarşılaşıb. Bu dəfə baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri rəqib meydanda 2 top vuraraq, adını növbəti mərhələyə yazdırıb. 

“İnter”in qollarını 21-ci dəqiqədə penaltidən Baçana Sxadadze və 86-cı dəqiqədə Vaqif Cavadovvurub.

Qeyd edək ki, “İnter” Avropa Liqasının II təsnifat mərhələsində “Selye” (Sloveniya) - “Tromse” (Norveç) cütünün qalibi ilə üzləşəcək. Bu komandalar arasında reallaşan ilk oyunda isə Sloveniya klubu səfərdən qalib ayrılıb - 2:1.

"Mariehamn" (Finlandiya) - "İnter" (AZƏRBAYCAN) - 0:2
QOLLAR: Baçana Sxadadze, 21-pen, Vaqif Cavadov, 86
Hakimlər: Mervin Smit, Ceyms Eakin, David Anderson, Ross Dunlop (hamısı Şimali İrlandiya)
UEFA nümayəndəsi: David Delferiere (Belçika)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)
Mariehamn. “Viklöf Holdinq Arena”
(İlk oyun - 1:1)

“Mariehamn”: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Lyuski (k), 15. Emil Andersson, 6. Pekka Laqerblom, 7. Rezqar Amani, 11. Tommi Virtanen, 16. Robin Estlid, 19. Alanso Adlam, 90. Patrik Biskata, 23. Kris Brayt
Ehtiyat oyunçular: 1. Otso Virtanen, 14. Matias Viklof, 3. Niko Kukka, 17. Petteri Yokihaara, 28. Semuel Nordberq
Baş məşqçi: Pekka Lüüski

“İnter”: 1. Giorgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Bryus Abdulay, 5. Slavço Georgiyevski, 8. Migel Alvaro, 21. Arif Daşdemirov, 47. Abdulla Abasiev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k) 
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. 10. Daniel Genov, 91. Coşqun Diniyev, 6. Samir Zərgərov, 17. Fərid Mənsurov
Baş məşqçi: Kaxaber Sxadadze

# 925
avatar

Oxşar yazılar