Avropa Liqası: Millimiz Fransaya qalib gəldi
03 iyun 2016 22:15 (UTC +04:00)

Avropa Liqası: Millimiz Fransaya qalib gəldi

0

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında start verilib.

 

Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığması ilk görüşünü Fransa millisinə qarşı keçirib.

 

Monteneqroda baş tutan görüşdə Faiq Qarayevin yetirmələri rəqibinə set verməyib. İlk hissədə 25:9 hesablı aşkar qələbə qazanan millimiz digər iki setdə çətinliklə üzləşsə də (25:23, 26:24), yekunda qalib gəlməyi bacarıb. 

 

B qrupu

3 iyun

 

Azərbaycan – Fransa - 3:0 (25:9, 25:23, 26:24)

Hakimlər: Çavdar Marev (Bolqarıstan), Miryana Qaliç (Bosniya və Herseqovina)

 

Qeyd edək ki, qrupumuzun digər görüşündə ev sahibləri İspaniya ilə oynayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar