UEFA Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları məlum olub. Apasport.az saytının məlumatına görə, komandalar artıq səbətlərə bölünüb.
Pley-off mərhələsində iştirak edəcək 44 klubdan 29-u III təsnifat mərhələsindən yüksəlibsə, digər 15 komanda Çempionlar Liqasının III seçmə mərhələsinin məğlubudu.
Mübarizəni davam etdirən Azərbaycan klubları “Qarabağ” və “Qəbələ” “səpələnməmişlər”in sırasındadılar. Yəni təmsilçilərimiz bu mərhələdə “səpələnmişlər”in yer aldığı səbətdən bir komandaya rəqib olacaq. Orda isə Dortmund “Borussiya”sı, “Ayaks”, “Fənərbaxça”, “Bordo”, “Panatinaikos”, “Sauthempton”, Bakı “İnter”ini mübarizədən kənarlaşdıran “Atletik” kimi kifayət qədər güclü komandalar var.
Səpələnmişlər
“Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Hollandiya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Zalsburq” (Avstriya), “Viktoriya” (Pljen, Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Yanq Boyz” (İsveçrə), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Standard” (Belçika), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Panatinaikos” (Yunanıstan), “Lex” (Polşa), “Sent-Etyenn” (Fransa), “Slovan” (Çexiya), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya)
Səpələnməmişlər
“Rusenborq” (Norveç), “Qarabağ” (Azərbaycan), “Hayduk” (Split, Xorvatiya), HİK (Finlandiya), “Zarya” (Ukrayna), “Atromitos” (Yunanıstan), “Tyun” (İsveçrə), “Mölde” (Norveç), “Astra” (Rumıniya), “Dinamo” (Minsk, Belarus), “Yablonets” (Çexiya), “Jilina” (Slovakiya), “Mityulland” (Danimarka), “Videoton” (Macarıstan), “Brondbü” (Danimarka), “Voyvodina” (Serbiya), “Rabotniçki” (Makedoniya), “Milsami” (Moldova), “Altax” (Avstriya), “Odds” (Norveç), “Qəbələ” (Azərbaycan), “Kayrat” (Qazaxıstan)