Avropa Liqası: “Qəbələ” “Apollon"a, “İnter” "Atletik"ə qarşı
06 avqust 2015 07:43 (UTC +04:00)

Avropa Liqası: “Qəbələ” “Apollon"a, “İnter” "Atletik"ə qarşı

0

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.

 

APA-nın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən “Qəbələ” və “İnter” klubları  “pley-off” mərhələsinə adlamaq üçün mübarizə aparacaq.

 

Qəbələ "Bakcell Arena"-da  Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.  Beləliklə, qələbə və qolsuz heç-heçə “Qəbələ”ni  qane edə bilər.

 

“İnter” isə doğma meydanında İspaniyanın “Atletik” klubunu qəbul edəcək. Bilbao şəhərində keçirilən ilk matç “Atletik”-in qələbəsi ilə nəticələnmişdi (2:0)

 

Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

 

6 avqust

 

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr)

İlk oyun-1:1

Bakı.  "Bakcell Arena"

 

21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya)

İlk oyun-0:2

Bakı. "İnter Arena"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar