Avropa çempionatında daha 2 medal
05 sentyabr 2013 11:02 (UTC +04:00)

Avropa çempionatında daha 2 medal

Litvanın Klaypeda şəhərində 15 və 17 yaşadək ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 üzvü medal qazanıb. Lent.az-ın məlumatına görə, atletlərimizdən Rüstəm İmanzadə (62 kq) qızıl, Gülçin Əlizadə (53 kq) bürünc medala sahib olub.

 

R. İmanzadə yaşı 15-dək oğlanların yarışında hamıdan güclü olub. O, birdən qaldırmada 95 kq, təkanla qaldırmada 130 kq ağırlığın öhdəsindən gələrək, hər iki halda kiçik qızıl əldə edib. İki hərəkətin cəmində isə 233 kq nəticə göstərən atletimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

G. Əlizadə isə yaşı 17-dək olan ağırlıqqaldıranların mübarizəsində fərqlənib. O, birdən 67 kq  və təkanla 84 kq ağırlığın öhdəsindən gələrək, hər iki halda kiçik bürüncə yiyələnib. İki hərəkətin cəmində isə o, 150 kq göstərici ilə 3-cü olub.

 

Qeyd edək ki, daha öncə Mərziyyə Məhərrəmova Mərziyyə (48 kq) bürünc medala yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar