Avropa çempionatında 4-cü qızıl medalı qazandıq
12 aprel 2019 22:40 (UTC +04:00)

Avropa çempionatında 4-cü qızıl medalı qazandıq

 
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. 
 
ONA-nın məlumatına görə, komandamız yarışı 1 qızıl və 3 bürünc medalla başa vurub. 
 
Belə ki, güləşçilərimizdən Elis Manalova (65 kq) final görüşündə rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimiz üçün uğurlu başlamasa da, sonradan toparlana bilib. Milliləşdirilmiş idmançımız 0:4 hesabı ilə geridə olduğu görüşü 6:4 hesabı ilə xeyrinə bitirib və Avropa çempionu tituluna yiyələnib. Bu, millimizin qitə birinciliyində 4-cü qızıl medalı olub.
Bu gün həmçinin Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) da komandamıza medal qazandırıb. Müvafiq olaraq, Mimi Xristova (Bolqarıstan) və İlona Prokopevnyuka (Ukrayna) qalib gələn milli üzvləri 3-cü yerlə kifayətləniblər.  
 
Qeyd edək ki, bir gün öncə qadın güləşçilərimizdən Elmira Qəmbərova (59 kq) da bürünc medala sahib olub. 
 
Avropa çempionatında sərbəst güləşçilərin yarışında isə Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar