Azərbaycanın yeniyetmə taekvondoçulardan ibarət milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında uğurla çıxış edib. Lent.az-ın məlumatına görə, yığmamız yarışı 2 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub.
Çempionatın son günündə Əliəsgər Əliyev (61 kq) yarımfinalda ermənistanlı Qagik Geqhamyanı 5:4, finalda isə ispaniyalı Martines Saes Alvaronu 13:10 hesabı ilə yenərək, qızıl medal qazanıb. Digər qızıl medala Nicat Əsgərli (57 kq) layiq görülüb. Ümid Məmmədov (33 kq) gümüş, Sevda Pirseyidova (29 kq) və Nərgiz Mirzəyeva (33 kq) bürünc medala sahib olub.