Avqustun 28-də UEFA Türkiyənin «Fənərbaxça» və Ukraynanın «Metallist» klublarının Avropa Liqasında çıxışı məsələsinə baxılacağını bildirib.
Lent.az-ın məlumatına görə, avqustun 29-da qurumun işçi qrupunun fövqəladə toplantısı keçiriləcək.
Həmin yığıncaqda bu iki klubun oyunlardan kənarlaşdırılması müzakirə ediləcək.
Türkiyə klubunun yerinə Avropa Liqasında ölkəmizin «Qarabağ» klubunun da adı potensial namizədlər arasındadır.