Avqustun ən yaxşı futbolçuları “Alov qüllələri”nə dəvət olundu
23 sentyabr 2013 15:43 (UTC +04:00)

Avqustun ən yaxşı futbolçuları “Alov qüllələri”nə dəvət olundu

Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümündə “ayın futbolçusu” və “ayın qolu” nominasiyaları üzrə ilk qaliblər Bakının yeni simvolu sayılan “Alov qüllələri”ndə mükafatlandırılacaq. Lent.az-ın məlumatına görə, avqust ayında fərqlənən futbolçular “Fairmont Hotel”də təltif olunacaqlar.

 

Sentyabrın 25-də saat 15:00-da başlanacaq tədbirdə Peşəkar Futbol Liqası və “Azəridmanservis” də təmsil olunacaq.

 

Qeyd edək ki, “ayın futbolçusu” jurnalistlər, “ayın qolu” isə  azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Oxşar yazılar