Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 görüş baş tutub.
Əvvəlcə meydana "Astana" və "Seltik" komandaları çıxıb. Birinci görüşdə 0:5 hesabı ilə uduzan Qazaxıstan təmsilçisi öz meydanında 4:3 hesablı qələbə qazansa da, bu nəticə ÇL-in qrup mərhələsinə düşməsi üçün yetərli olmayıb.
“Başakşəhər” evdə uduzduğu “Sevilya” ilə səfərdə 2:2 hesablı heç-heçə edərək, Çempionlar Liqası ilə vidalaşıb. Abdullah Avcının komandası mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
"Seltik" və "Sevilya" ilə yanaşı, "Olimpiakos", "Maribor" və "Napoli" də adını ÇL-in qrup mərhələsinə yazdırıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
22 avqust
“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 4:3
Qollar: Ayer, 26 (avtoqol); Mujikov, 48; Tvumasi, 49, 69 - Sinkleyr, 34; Ntçam, 80; Qriffits, 90
İlk oyun – 0:5
“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) - 0:1
Qol: Marin, 25
İlk oyun – 1:2
“Maribor” (Sloveniya) – “Hapoel” (Beyer-Şeva, İsrail) - 1:0
Qol: Viler, 15
İlk oyun - 1:2
“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) - 2:2
Qollar: Eskudero, 52; Ben Yedder, 75 - Elia, 17; Viska, 83
İlk oyun - 2:1
“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) - 0:2
Qollar: Kalyexon, 48; İnsinye, 89
İlk oyun - 0:2