Ardanın qələbə topu “ofsayd” çıxdı
02 oktyabr 2013 10:13 (UTC +04:00)

Ardanın qələbə topu “ofsayd” çıxdı

İspaniyanın “Atletiko” klubunun futbolçusu Arda Turanın Portuqaliya “Portu”su ilə Çempionlar Liqası matçında qələbə topunu “ofsayd”dan vurduğu müəyyənləşib. Lent. az-ın məlumatına görə, “Draqao” stadionundakı matçın 87-ci dəqiqəsində standart vəziyyət yerinə yetirilərkən, türkiyəli yarımmüdafiəçi rəqib komandanın oyunçularından bir qədər irəlidə olub.

Lakin yan xətt hakimi bunu diqqətdən qaçırıb. Matçın ingiltərəli referisi Hovard Uebb isə qolu hesaba alıb. Nəticədə “Azerbaijan Land of Fire” formalı “Atletiko” ardıcıl 2-ci qələbəsinə nail olub – 2:1.

 

Qeyd edək ki, daha öncə “Atletiko” Rusiya “Zenit”ini yenib – 3:1. Bununla da Madrid təmsilçisi 6 xalla G qrupunun vahid liderinə çevrilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1301
avatar

Oxşar yazılar