İspaniyanın paytaxtı Madriddə təlim-məşq toplantısında olan “Bakı”nın 14 yaşadək futbolçulardan ibarət komandası (U-14) “Atletiko”nun bazasında ilk məşqinə çıxıb. Lent.az-ın məlumatına görə, yerli məşqçilərin nəzarəti altında keçən məşq, əsasən, tanışlıq xarakteri daşıyıb.
U-14-lə birgə Madridə yollanan məşqçilər heyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu Arda Turanla görüşərək, ona Azərbaycan futbolsevərləri adınan salamlarını çatdırıb.
Dekabrın 10-da isə U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq.
Arda Turan “Bakı”nın məşqində
1095