Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni klubunun adına rəsmən aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, bu barədə futbolçu özü instaqram səhifəsi vasitəsilə məlumat yayıb.
26 yaşlı oyunçu Yunanıstan təmsilçisi “Panionios”un bazasında çəkdirdiyi şəkli paylaşaraq, yeni macəraya başladığını vurğulayıb. Dünən tibbi müayinədən keçən Abdullayev yeni komandası ilə rəsmi müqaviləyə qol çəkib.
Qeyd edək ki, Araz Abdullayevin “Qəbələ” ilə müqaviləsinə xitam verildiyindən, bu keçid Super Liqa təmsilçisinə havayı başa gəlib.