Aqolli turun ən yaxşısı seçildi
Topaz Premyer Liqasında XVIII turunun ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın məlumatına görə, turun oyunçusu adına “Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli layiq görülüb.
“İnStat”ın təhlilinə əsasən 36 yaşlı müdafiəçi ən yüksək reytinqə malik olub. A.Aqolli “Sabah”a qarşı görüşdə start heyətdə yer alıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı 1:1 hesabı ilə başa çatıb.
586