APOEL-in futbolçusu “Qarabağ”la oyundakı hesabdan danışdı
“Qarabağ”la oyunda qazanılan bir xal bizim üçün müəyyən qədər dəyərlidir. Biz mübarizəni davam etdiririk”.
APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Praxitelis Vouros deyib.
O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la Bakıdakı görüşü (2:2) barədə fikirlərini açıqlayıb: “Qarşıda üç oyunumuz var. Növbəti oyundan başlayaraq mərhələ adlamaq üçün addım atmaq istəyirik. Bakıdakı oyunda hesabda geri düşsək də, özümüzə gələ bildik. İki qol vurmaqla önə də keçdik. Lakin üstünlüyümüzü qoruya bilmədik. Amma vacib xalı qazandıq. Təbii ki, meydanda futbolçular arasında müəyyən gərgin anlar yaşandı. Çünki hər kəs qələbə qazanmaq, komandasına fayda vermək istəyirdi. Əlbəttə, heç-heçəyə yaxşı nəticə demək olmaz. Biz həmişə qələbə üçün oynayan APOEL-in futbolçularıyıq. Artıq növbəti matçdan – çempionatdakı qarşılaşmadan buna başlamalıyıq. “Qarabağ”la matç yaxşı nəticələrin təməli olmalıdır”.
979