“Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri 2014/15 mövsümünün ən yaxşı baş məşqçisi seçilib. Apasport.az saytının məlumatına görə, İtaliyada çalışan digər mütəxəssislər tərəfindən keçirilən sorğunun nəticəsinə əsasən, Alleqri hamıdan yaxşı olub.
Ona “Qızıl skamya” mükafatı təqdim edilib.
Qeyd edək ki, 48 yaşlı çalışdırıcı karyerasında ikinci dəfə analoji titula sahib olur.