Aleksandr Səmədov Bakıda keçiriləcək final oyununun səfiri oldu
UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.
ONA AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur.
Əslən azərbaycanlı futbolçu paytaxtımızda baş tutacaq həlledici qarşılaşmanın səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.
Qeyd edək ki, Rusiyada paytaxtın “Dinamo”, “Lokomotiv”, “Spartak” və "Moskva" klublarının heyətində oynamış Səmədov hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edir.
763