Aleksandr Aleksandrovdan növbəti medal
16 sentyabr 2013 17:09 (UTC +04:00)

Aleksandr Aleksandrovdan növbəti medal

Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə “E.ON Hanse AlsterCup” adlı ənənəvi reqata keçirilib. Lent.az-ın məlumatına görə, nüfuzlu reqataya ilk dəfə Azərbaycan milli komandasının lideri Aleksandr Aleksandrov da dəvət alıb.

 

23 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla yürüşlərə qatılıb. O, yalnız almaniyalı Marsel Hakkerdən geri qalaraq, gümüş medal qazanıb. Bürünc medala isə hollandiyalı Roel Braas sahib olub.  

 

Qeyd edək ki, Aleksandr Aleksandrov daha öncə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Henli Kral Reqatasının qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar